Xaləddin İsgəndərovun iki kadrı işdən çıxarıldı

25-08-2018, 11:55           
Xaləddin İsgəndərovun iki kadrı işdən çıxarıldı
Bakının Binəqədi rayonu, Binəqədi rayon Bələdiyyələr şurasının sədri, Binəqədi bələdiyyəsinin xanım sədri Sitarə Cabbarlı ilə müavini Sabir Həsənov işdən çıxarılıb.

Qaynarinfo minval.info-ya istinadən xəbər verir ki, adları qalmaqallı hadisələrdə hallanan hər iki şəxs ötən gün vəzifədən göndərilib.

Binəqədinin keçmiş icra başçısı olan Xaləddin İsgəndərovun kadrları hesab edilən Sitarə Cabbarlı və Sabir Həsənov vəzifə üstündə tez-tez dalaşıblar.


Sitarə Cabbarlı barəsində yerli KİV-də yetərincə şikayətlər dərc edilib. Məlumata görə, hər iki şəxsin vəzifədən uzaqlaşdırılmasına səbəb onlar haqqında sakinlərin onlarla şikayət məktubu yazmasıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru