Qəbiristanlıqların mühafizəsi necə həyata keçirilir? (VİDEO)

28-08-2018, 08:04           
Qəbiristanlıqların mühafizəsi necə həyata keçirilir? (VİDEO)
Son bir neçə ildir qəbiristanlıqlara qənim kəsilənlərin sayı artıb. Ya məzarların baş daşı sındırılır, ya qəbirlərə qarşı təhqiramiz hərəkətlər edilir. Bu isə bir məsələni gündəmə gətirir. Qəbiristanlıqların mühafizəsinecə həyata keçirilir? Və nəzarət varsa , belə hallar niyə baş verir.

Ətrafı yandırılan qəbrlər və sındırılmış məzar daşları.

Heçbir nəzarətin və mühafizənin olmadığı vəziyyəti paytaxtın əksər qəbiristanlığında görmək mümkündür.

Qəbiristanlıqlarda mühafizə sistemi olmadığından əksər vaxt ölü yaxınları qəbir daşlarının dağıdıldığını və ya ətrafın tamamilə yandırıldığının şahidi olurlar.

Vətəndaşlar da qəbiristanlıqlarda mühafizə sisteminin vacib olduğunu bildirir.

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov XəzərXəbər-ə bildirdi ki, qəbiristanlıqlarda aidiyyatı üzrə nəzarətçilər olur. Lakin Qəbiristanlıqların xüsusi olaraq mühafizə olunması nəzərdə tutulmayıb. Hər hansı bir vətəndaşın yaxının məzarına qarşı xoşagəlməz bir hal olduqda onlar aidiyyatı üzrə polisə müraciət edirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru