95 saylı Tərtər seçki dairəsində xanım namizədə qarşı saxtakarlıq

29-09-2015, 11:17           

Ümid partiyasının 95 saylı Tərtər seçki dairəsindən namizədi Tamilla Qulami öz fecbook səhifəsində üzləşdiyi saxtakarlıq barəsində yazmışdır.
" Bu statusumda bilirəm ki, mənə dəstək verən, məni millət vəkili kimi görmək istəyən hər kəsi üzəcək. Bildiyiniz kimi 95 saylı Tərtər Seçki Dairəsindən namizədliyimi irəli sürmüşəm. Bu gün 95 saylı Tərtər Seçki Dairəsinin haqsız və ədalətsiz qərarıyla namizədliyim qeydə alınmadı. Qeydə alınmamağıma səbəb kimi saxta imzaları əsas gətirdilər. Halbuki məni tanıyan, imzatoplama zamanı gedən proseslərdə şəxsən özümün iştirak etdiyimi hər kəs bilir. Absurd bir haldır ki, sənə hörmət edən, sevən, üstəlik atanı tanıyan, insanlar arasında sağ ikən, hətta indiyədək belə böyük nüfuza sahib, həmin torpağın müdafiəsi uğrunda canından keçən, Tərtərdə adına küçə olan şəhid Famil Qulaminin qızına bir rayon 450 imza verməsin? Amma üzgün olmayın, əzizlərim, çünki mübarizə davam edir. İnşallah sənədlərimizi ədalətli qərar çıxaracağına güvənərək MSK-ya təqdim edəcəyik. İmzatoplamada mənə dəstək olan, inanan, güvənən hər kəsə təşəkkürümü bildirirəm. Sizləri çox sevirəm! Var olun, əzizlərim!"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.