Təqaüdçülərdən faiz tutulmayacaq - Gələcəkdə

1-10-2015, 13:21           
Təqaüdçülərdən faiz tutulmayacaq - Gələcəkdə
Gələcəkdə təqaüdçülər istənilən banka məxsus bankomatdan onlardan pul tutulmadan vəsaitlərini çıxara biləcəklər.

Bunu Trend-ə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Famil Qədimov deyib.

Onun sözlərinə görə, artıq Mərkəzi Banka sözügedən məsələ ilə bağlı təkliflər göndərilib. Mərkəzi Bankda hazırda bu istiqamətdə iş aparılır:

“Beynəlxalq təcrübədə təqaüdçünün istənilən bankomatdan ondan pul tutulmadan vəsaitini çıxarması “interfeys” əməliyyatı adlanır. Biz bu əməliyyatla bağlı təkliflər versək də, bunun nizamnaməsini təsdiq edən Mərkızi Bankdır. Bankların öz siyasəti var. Bunu necə razılaşdırırlar, vəsaitin tutulmamasını hansı qaydada bir-birilərinə öturlməsi onlara aid məsələdir. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ həllini tapacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru