Məşhur oteldən "Azərişıq"a RÜŞVƏT ittihamı

1-10-2015, 17:06           

Olimpik Novxanı Otel “Azərişıq”ı rüşvət istəməkdə ittiham edir.

“Qafqazinfo”ya müraciət edən otelin direktoru Elşən Abdullayevin sözlərinə görə, “Azərişıq” artıq 3 gündür ki, işıq verilməsini dayandırıb və yeni elektrik xəttinin çəkilməsi üçün tələb olunan 26 min vəsaiti otelin ödəməli olduğunu bildirib.
Belə ki, elektrik naqillərinin yerin altından çəkilməsi üçün otel rəhbərliyinə üç gün əvvəldən möhlət verilib. Müdiriyyət isə bildirir ki, təxminən 500 metrlik elektrik xəttinin yerin altından çəkilməsi üçün azı bir həftə vaxt lazımdır:
““Azərişıq” bizə üç gün əvvəldən xəbərdarlıq etdi, lakin bu çox qısa müddətdir. Bizə elektrik xəttini yerin altından çəkmək üçün azı bir həftə vaxt lazımdır. Hazırda 3 gündür ki, otel generatorla işıqlandırılır. Bu isə otelin zərərinə işləyir, çünki generatora görə ayda 15 min manat xərcimiz çıxır. Üstəlik, “Azərişıq” naqilin çəkilməsi xərcini, yəni 26 min manatı bizdən tələb edir”.
Dövlət başçısı öz çıxışlarında da dəfələrlə ölkədə, xüsusən bölgələrdə turizmin inkişafına şərait yaradılması ilə bağlı təklif və iradlarını səsləndirib. Hazırda bizim otel çoxlu sayda yerli və əcnəbi turistləri qonaqlayır. İşıq olmadığı halda qonaqlara necə xidmət göstərəcəyimizi dediyimiz zaman isə “Azərişıq”dan bizə bildirirlər ki, turistləri yola salın öz ölkələrinə getsinlər.
Otelin indiyə qədər “Azərişıq”a heç bir borcu olmayıb və 5-8 min manat arası işıq borcunu hər ay vaxtı-vaxtında ödəyib. Niyə görə dövlətdən vəsait aldığı halda “Azərışıq” elektrik xəttinin çəkilməsi üçün bizdən əlavə 26 min manat tələb edir?”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.