Aydın Əliyevin kantoru real statistik rəqəmlərə DÖZÜMSÜZDÜR
1-10-2015, 17:25
Komitənin mətbuat xidmətindən SalamNews-a daxil olan məlumatda bildirilir ki, son zamanlar bir sıra kütləvi informasiya vasitələri ölkəmizin xarici ticarətinin vəziyyəti ilə bağlı yanlış statistik məlumatlar dərc edir, qeyri-dəqiq və həqiqətə uyğun olmayan informasiyalar ictimaiyyətin diqqətinə çatdırılır.
Bu cür məlumatların dəqiqləşdirilmədən informasiya portallarında yerləşdirilməsi və bunun, guya statistik məlumatların Dövlət Gömrük Komitəsi tərəfindən vaxtında ictimaiyyətə çatdırılmaması kimi xarakterizə edilməsi qətiyyən həqiqətə uyğun deyil.
Dövlət Gömrük Komitəsi bildirir ki, xarici ticarətin vəziyyəti haqqında arayış hər ay mütəmadi olaraq DGK-nin rəsmi orqanı olan “Gömrük xəbərləri” qəzetində dərc edilir və DGK-nin rəsmi internet saytında (www.customs.gov.az) yerləşdirilir.
Kütləvi informasiya vasitələrinə bir daha tövsiyyə edilir ki, statistik informasiyaları hazırlayarkən DGK-nin rəsmi orqanı olan “Gömrük xəbərləri” qəzetindən və rəsmi internet saytından (www.customs.gov.az) istifadə etsinlər.
DİA.AZ-dan: qeyd edək ki, möhtərəm DGK nümayəndələri "bəzi KİV-lər" dedikdə DİA.AZ-ı nəzərdə tuturdular və onlar dünən portalımızda yer alan bu məqalə qarşısında izahat verməkdənsə, ancaq "həqiqətə uyğun deyil" ifadəsini işlətməklə işlərini bitmiş hesab edirlər. Fakt isə faktlığında qalır...
Həmin yazının linkini veririk:
http://www.dia.az/5/85951-xalqi-bohranda-saxlayan-qurum-dovlet-gomruk-komitesi.html