Cari ilin yanvar-iyul aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 0,4 faiz artaraq 704,6 manat olub.
Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,4 faiz artaraq 1140,0 manat təşkil edib.
Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, 2015-ci ilin yanvar-iyul aylarında Bakı şəhərinin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 49,7 min nəfər olub. Çalışanların orta aylıq əmək haqqı isə 3,2 faiz artaraq 655,5 manat təşkil edib.
2015-ci ilin yanvar-iyul aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 0,8 faiz artaraq 18,8 min nəfər olub ki, onların da orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,0 faiz artaraq 919,1 manat təşkil edib.