"Just Tour" MMC-yə fırıldaq İTTİHAMI

8-10-2015, 00:09           
Bakıda bir neçə vətəndaş şirkət direktorundan polisə şikayət edib.

Musavat.com xəbər verir ki, Nizami küçəsi 84-də yerləşən "Just Tour" MMC şirkətinin direktoru, Bakı sakini 1981-ci il təvəllüdlü Zəkayıl Abdullayev vətəndaşların etibarından sui-istifadə edib. Şirkət direktoru vətəndaşlardan aldığı pulu geri qaytarmayıb.

Şirkət direktoru Bakı sakini 1990-cı il təvəllüdlü Adil Hüseynlidən 3510 manat, 1984-cü il təvəllüdlü Natiqə Tarverdiyevadan 1550 manat və 1971-ci il təvəllüdlü Bəxtiyar Məmmədovdan 5000 manat alıb.

Turizm şirkətinin direktoru vətəndaşlardan xidmət haqqı olaraq, pul alasa da, onları aldadıb. Turist olaraq şirkətin xidmətlərindən istifadə etmək istəyən vətəndaşlar aldadıqlarını bildikdən sonra polisə müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru