"Sənə savadsız demişdim, əslində savadsız sözü sənə çoxdur" - Qalmaqal

15-10-2015, 20:33           
"Sənə savadsız demişdim, əslində savadsız sözü sənə çoxdur" - Qalmaqal
Müğənni Natavan Həbibi xalq artisti Aygün Kazımovanın onun haqqında dediyi “Rədd ol məmləkətimdən” sözlərinə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, o, sosial şəbəkədə həmkarına cavab verib:

“Sənə savadsız demişdim, əslində savadsız sözü sənə çoxdur. Ay “ağıl dəryası”, əgər məhkəmə araşdırması zamanı sənə soy-kökümün azərbaycanlı olduğu məlum oldusa və təkzib verdinsə, son yazınla nə demək istəyirsən?

Respublikanın qanunları, məhkəmənin qərarı sənə çatmır? Çatar. Mən bütün yazılarımda hakimin qərarlarına və Respublikanın qanunlarına güvənərək, sənəd, sübutla müsahibə vermişəm. Əgər bu sənə çatmırsa, səni müdafiə edən hüquqşünas səni başa salsın. Sənə dedim ki, məhkəmənin çıxardığı qərarın 30 il qüvvəsi var. Yenə yazırsan ki, məmləkətim... Məmləkətini, dövlətini sevən adam dövlətin qanunlarına və hakimin qərarına hörmətlə yanaşmalıdır. Amma görünür sən dövlətin sənə verdiyi addan istifadə edib, qanunlara tabe olmaq istəmirsən, amma olacaqsan, mütləq tabe olacaqsan.

Qaldı ki, sənin ölkədən çıxışınla bağlı müvəqqəti məhdudiyyətə bu hakimin qərarıdır, mən başa düşürəm ki, sənə bu çatmaya bilər, savadsız olanda çətin olur. Yenə də nəsə başa düşməsən, mənə müraciət edə bilərsən”.

Qeyd edək ki, A.Kazımova dünən onun İstanbula getməsinə reaksiya bildirən Natavana müraciətlə "Hayastan" siyasəti aparma mənim vətənimdə. Rədd ol, mənim məmləkətimdən, rədd ol!" yazmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.