Afaq Bəşirqızı oğluna vəzifə verilməsindən DANIŞDI - "xəbərim yoxdur"

19-10-2015, 14:43           
Afaq Bəşirqızı oğluna vəzifə verilməsindən DANIŞDI - "xəbərim yoxdur"
"Mənim oğluma heç bir vəzifə verilməyib. Verilibsə də mənim bundan xəbərim yoxdur."

Bunu ANS PRESS-ə açıqlamasında xalq artisti Afaq Bəşirqızı deyib.

Onun sözlərinə görə, "Qarant Holdinq"ə daxil olan şirkətlərdən birinə oğlu Səmral Təhməzovun rəhbər vəzifəyə təyin edilməsi ilə bağlı fikirlər həqiqəti əks etdirmir.

Bir sıra Kütləvi İnformasiya Vasitələrində (KİV) avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirən “M Trans” MMC-yə bir neçə gündür ki, xalq artisti Afaq Bəşirqızının oğlu Səmral Təhməzov rəhbərlik etməsi barədə məlumatlar yayılıb.

Məlumata görə, Səmral Təhməzov hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksinə və ölkənin əksər rayonlarındakı avtovağzallara da nəzarət edir. Sözügedən MMC-yə bundan əvvəl nəqliyyat naziri Ziya Məmmədovun qohumları rəhbərlik edib. İndi həmin şirkətin başına xalq artistinin oğlunun keçməsi şirkət işçilərinin də təəcübünə səbəb olub.

Məlumatda S.Təhməzovun nəqliyyatçı olmadığı, onun polis orqanlarında çalışdığına dair məlumatlar olduğu bildirilir.

KİV-də "Qarant Holdinq"in nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsusluğu barədə məlumatlar yer alıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.