Amaliya xanımdan Şıxlinskayaya cavab: “Əcəb edib...”

27-10-2015, 16:32           
Amaliya xanımdan Şıxlinskayaya cavab: “Əcəb edib...”
Leyla Şıxlinskaya - Leyla Şıxlinskayadır, mən də mənəm.

Bu sözləri Axar.az-a xalq artisti Amaliya Pənahova Leyla Şıxlinskayanın “Gün keçdi” filmində Əsmər rolunun səsləndirilməsindən narazı olduğu barədə fikrinə münasibət bildirərkən deyib. Xalq artisti vurğulayıb ki, bu məsələdən çox əsəbiləşib:

“Bayaqdan çox əsəbiləşmişəm. Mən bu məsələlərə telefonla cavab vermirəm. Leyla Şıxlinskaya Leyla Şıxlinskayadır, mən də mənəm. Niyə bizi bir tərəziyə qoyursunuz? Niyə bizi qarşı-qarşıya qoyursunuz! Nə deyib, əcəb edib. Özü bilər”.

Xatırladaq ki, Leyla Şıxlınskaya “5-ci element” verilişində Amaliya Pənahovanı yamsılayıb və onun Əsmər rolunu səsləndirməsini bəyənmədiyini qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.