Daha bir məşhurumuzdan təhsilə dəstək: 1500 manat ödədi - Foto

23-08-2019, 14:35           
Daha bir məşhurumuzdan təhsilə dəstək: 1500 manat ödədi - Foto
“Avtostop” verilişinin aparıcısı Tural Yusifov (DJ Tural) maddi imkanı zəif olduğu üçün təhsil ala bilməyən tələbənin illik təhsil haqqını ödəyib. Aparıcı ADU Jurnalistika ixtisasına qəbul olmuş Zeynəbin 2-ci kurs üçün olan illik ödənişini öz öhdəsinə götürüb.
“Yeni Sabah” xəbər verir ki, bu haqda ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin Sərdarlı sosial şəbəkədə məlumat verib:

“Avtostop verilişinin aparıcısı Tural Yusifov Jurnalistika ixtisasına qəbul olmuş və maddi durumu çox zəif olduğu üçün qeydiyyatdan keçməkdə çətinlik çəkən Zeynəbin növbəti il üçün nəzərdə tutulan 1500 manat təhsil haqqı ödənişini kart hesabımıza köçürdü. Var olsun!

Qeyd edək ki, paylaşdığımız elandan sonra Zeynəbin birinci kurs üçün nəzərdə tutulmuş 1500 manat məbləğində təhsil haqqı bu gün ərzində toplanmışdı. Tural bəyin də dəstəyi sayəsində tələbəmizin 2-ci kurs üçün nəzərdə tutulmuş təhsilhaqqı da tamamlandı”.

Xatırladaq ki, bir neçə gün öncə də gənc müğənni Mehin Hümbətova Orxan adlı tələbənin 1 illik təhsil haqqını ödəyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru