Rus şirkəti Ceki Çan və Arnold Şvasneggeri məhkəməyə verdi

23-08-2019, 14:38           
Rus şirkəti Ceki Çan və Arnold Şvasneggeri məhkəməyə verdi
“Vii 3D” filmini yaradan Rusiya Film Qrupu Çin Film Qrupuna, habelə Arnold Şvasnegger və Ceki Çan-a qarşı iddia qaldırıb. Qrup məhkəməyə müraciət etdiyini açıqlayıb.
“Yeni Sabah” “RİA Novosti”-yə istinadən xəbər verir ki, Rus şirkəti Çində müvəffəqiyyətsizlikdən sonra aktyorların baş rol aldığı "Vii 3D"və "Əjdaha çapının sirri" seriallarından 216 milyon rubldan çox pul tələb edir. RFG şirkəti maliyyələşdirdiyi filmdən indiyə qədər gəlir əldə edə bilmir.

İstehsalçı Aleksey Petruxin RFG-nin tələblərinin ümidsiz olduğunu düşünür. Onun sözlərinə görə, ayrılan vəsait nə şirkətin özünə, nə də özəl investorlara aid deyildi. Vəsait kino fondundan alınıb. Rusiyalı izləyicilər filmi sentyabrdan izləyə biləcəklər.

Qeyd edək ki, bu zamana qədər dünya ulduzları Rusiya kompaniyaları tərəfindən məhkəməyə verilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru