Həsənağa Turabovun oğlu: "Sosial şəbəkələrdə atam haqqında yayılan məlumatlar əsassızdır"

26-08-2019, 11:39           
Həsənağa Turabovun oğlu: "Sosial şəbəkələrdə atam haqqında yayılan məlumatlar əsassızdır"
Azərbaycan xalqının görkəmli aktyorlarından, xalq artisti mərhum Həsənağa Turabov haqqında sosial şəbəkələrdə əsası olmayan, həqiqətdən uzaq məlumatlar yayılıb.
"Report"un xəbərinə görə, bu barədə xalq artisinin oğlu, Bakı Şəhər Baş Polis İdarəsinin Qeydiyyat məsələləri şöbəsinin inspektoru, polis polkovnik-leynetantı Yalçın Turabov bildirib ki, H.Turabov kiminsə həbs olunması ilə bağlı şahidlik etməyə məcbur edilməsi, buna cavab olaraq, polis əməkdaşını şillə ilə vurması ilə bağlı deyilənlər yalandır.
"Sosial şəbəkələrdə yazılanlarla bağlı ailə üzvlərimiz, atamın yaxınları bu barədə deyilənlərdən məlumatsızdır. Xahiş edirik ki, Həsənağa Turabov haqqında məlumatlar yayarkən onun ailə üzvləri ilə dəqiqləşdilmə aparılsın", - deyə Y.Turabov əlavə edib.
Qeyd edək ki, görkəmli aktyor Həsənağa Turabov 2003-cü ildə 64 yaşında vəfat edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru