Müğənni müflis oldu, külli miqdarda borcu var

30-08-2019, 08:05           
Müğənni müflis oldu, külli miqdarda borcu var
Müğənni Niyam Salaminin restoran biznesində bəxti yenə də gətirməyib.
Teref.az Axşam.az-a istinadən xəbər verir ki, yay mövsümü başlayanda sənətçi "İzmir" restoranını götürərək, oranı işlətməyə başladığını açıqlamışdı.

Niyam hətta şou-biznes nümayəndələrini də başına yığaraq, təmtəraqlı açılış edib. Bu günlərdə isə əldə etdiyimiz məlumata görə, Salaminin burada da işi uğurlu alınmayıb. Sənətçi restoran rəhbərliyi ilə yollarını ayırmalı olub.

Buna zəmin yaradan isə onun gözlənilən qazancı əldə etməməsidir. Hətta Niyamın məkanın sahibinə külli miqdarda borcu yığıldığı da bildirilir.

Qeyd edək ki, Niyam bundan əvvəl də bir neçə restoranı götürüb, işlətmiş və müflis olmuşdu. Ötən yay isə o, müğənni Samir Piriyevlə Bodrumda restoran biznesinə girib. Amma iş alınmadığı üçün sənətçilər arasında qalmaqal yaşanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru