“Yadımızdan çıxıb ki, hələ torpaqlar işğal altındadır...”

30-08-2019, 12:43           
“Yadımızdan çıxıb ki, hələ torpaqlar işğal altındadır...”
“Bizim oxuduğum vətənpərvərlik mahnıları gərginlik vaxtında yazılıb və orda həm şair, həm də bəstəkar tərəfindən bir səmimilik var”

Bunu Moderator.az-a açıqlamasında vətənpərvərlik mahnılarının müəllifi, Xalq artisti Mübariz Tağıyev deyib. M.Tağıyev son dövrdə yazılan vətənpərvərlik mahnılarını dinləmədiyini bildirib:

“Son zamanlar yeni vətənpərvərlik mahnılarını dinləməmişəm, amma ola bilsin ki, bu mövzuda mahnılar yazılır. Bizim oxuduğum vətənpərvərlik mahnıları gərginlik vaxtında yazılıb və orda həm şair, həm də bəstəkar tərəfindən bir səmimilik var. Ona görə də o mahnılar öz möhrünü vurub. Biz müğənnilər də o mahnıları ifa edəndə yaşayırdıq, onun içindəydik. İndi bir az vaxt keçib və müharibə şəraitində olsaq da xoş günlər daha çoxdur”.

Xalq artisti deyib ki, torpaqlarımızın işğal altında olması müntəzəm olaraq gündəmə gətirilməlidir:

“İndi bir qədər o məsələ arxa plana çəkilib və yadımızdan çıxıb ki, hələ torpaqlar tapdaq altındadır. Yeniliklər çoxdur və yəqin ki, yaxşı günlər qarşıdadır, ancaq gərək torpaqlarımızın işğal altında olmasını da yaddan çıxarmayaq. Torpaqlarımız ancaq işğal olunan tarixlərdə yadımıza düşür. Bunu müntəzəm şəkildə efirdə, mətbuatda işıqlandırmaq lazımdır. Demirəm ki, insanları həmişə gərginlikdə saxlayaq, ancaq bu bir həqiqətdir, yəni yaddan çıxmamalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru