"Kim kimin yanındadırsa, onun "vedrəsi" əskik olmur"

21-10-2019, 12:46           
"Kim kimin yanındadırsa, onun "vedrəsi" əskik olmur"
Ekranda Samirə ilə sənin şəkillərini göstərəndə birtəhər oldun. Niyə?

Bu sualla Zaur Kamal aparıcısı olduğu proqramda qonağı olan aşıq Əliylə bağlı süjet efirə getdikdən sonra müraciət edib.

Aşıq Əli Zaurun sualından "Yox, niyə?!" ifadəsi ilə yayınmağa çalışsa da alınmayıb. Aparıcının növbəti sualı daha konkret olub:

"Əli, bir söz səndən soruşacam. Amma düzgün cavab ver: Aşıq Samirə ilə aranızda nəsə bir isti münasibət olub? Düzünü de amma".

Aşıq Əli keçmiş duet ortağı ilə bağlı Zaurun təəccübləndirən sualına "Yox, o, mənim dostumdur, ailə dostumdur, heç vaxt. Onun ailəsi var, uşağı var. Mənim də ailəm var. Dədə-babadan bu belədir də. Kim kimin yanındadırsa, onun "vedrəsi" əskik olmur. Belə fikirlər gəzir. Ona əhəmiyyət versən, onda gərək sənəti qoyasan bir kənara" cavabını verib.

milli.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru