"Qızın ayağı nazik olanda qoşanağara çubuğudur deyirdilər" - Nüşabə
25-10-2019, 17:54
Əməkdar artist Nüşabə Ələsgərli arıqlamaq istəmir.
BiG.AZ xəbər verir ki, müğənni bu haqda "Üçəlli" verilişində danışıb. Son günlər bir az çəki itirən Ələsgərli daha arıqlamayacağını söyləyib:
"Çox arıqlamağı məsləhət görmürəm. İnsanda bir az ət olsa, yaxşıdır. Bizim vaxtlarımızda kökəlmək dəb idi. Hansı qızın ayaqları nazik idisə, deyirdilər, qoşanağara çubuğudur. İndi isə dəb olub.
Əvvəl podiumdakı modellər arıq olurdu, onlar səhnədə asılqan rolunu oynayırdılar. İndi həmin hal keçib bizim həyat tərzimizə".