“Gülyanaq “Leyli” üçün 4 min rüşvət verib” – Əməkdar artist

28-10-2019, 17:25           
“Gülyanaq “Leyli” üçün 4 min rüşvət verib” – Əməkdar artist
Əməkdar artist Nigar Şabanova Xalq artisti Gülyanaq Məmmədova barədə şok iddia səsləndirib.
Musavat.com xəbər verir ki, sənətçi “Hər şey daxil” proqramına telefonla bağlanaraq həmkarının Opera və Balet Teatrında Leyli obrazını canlandırmaq üçün 4000 manat rüşvət verdiyini iddia edib: "Eşitmişəm ki, Gülyanaq Məmmədova pul verib, "Leyli və Məcnun" tamaşasında oynayıb. Gülyanaq xanımın sənət stajı qədər mənim yaşım yoxdur. Onun qazancının yarısını qazanmıram. Mənim yaşım o deyil ki, hər dəfə gedim 3-4 min verim və Leyli oynayım. Mənə maraqlısı odur ki, niyə indi oynayan digər gənclər pul ödəmir, Nigar ödəməlidir?
İllərdir ki, susuram. Amma indi məsələni qaldıracağam. Bura dövlət teatrıdır, özəl klinika deyil. Bir dəfə operada “Leyli” oynadım, uğurlu da alındı. Onda mən pul ödəməmişdim. Sonradan pul istədilər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.