“Əslində məni aldatdılar və media qarşısında yalançı çıxdım”

29-10-2019, 11:09           
“Əslində məni aldatdılar və media qarşısında yalançı çıxdım”
“Əslində məni aldatdılar və media qarşısında yalançı çıxdım”.
Bunu Cebhe.info-ya açıqlamasında bu gün azadlığa çıxan müğənni Fədayə Laçının bacısı İlahə Fəda deyib.
Onun sözlərinə görə, bacısının bu gün saat 10:00-da azadlığa çıxacağını demişdilər: “Amma bacım tez buraxılıb. Səhərdən telefonum dağılır. İnanırsız ki, mən özüm heç onu hələ görməmişəm. İndi gedirəm Buzovnaya ki, bacımı görüm. Hər şey bir kənara, çox sevinirəm ki, bacım azadlıqdadır”.
Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçın bu gün azadlığa çıxıb. Qeyd edək ki, iki ay əvvəl Fədayə Laçının cəzası iki ilə endirilib. Xatırladaq ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması ilə bağlı cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvətalma) maddəsi isə ittihamdan xaric olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.