Bakı Polisindən Elçin Əlibəylinin müraciəti ilə bağlı AÇIQLAMA

5-11-2019, 19:48           
Bakı Polisindən Elçin Əlibəylinin müraciəti ilə bağlı AÇIQLAMA
"Elçin Əlibəylinin müraciəti üzrə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır".

Manevr.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, faktla bağlı toplanmış materiallar əsasında müvafiq araşdırmalar davam etdirilir: "Bu barədə Elçin Əlibəyli məlumatlıdır. Onun sosial şəbəkələrdə səsləndirdiyi iddialar faktın mahiyyətini ifadə etmir, polis heç bir halda vətəndaş müraciətlərinə etinasız yanaşmır".

Qeyd edək ki, televiziya aparıcısı Elçin Əlibəyli sosial şəbəkədə Olimpiya çempionu Namiq Abdullayevin qardaşı Natiq Abdullayev tərəfindən döyüldüyünü yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru