Röya Brilliantdan üzr istədi

3-12-2019, 20:07           
Röya Brilliantdan üzr istədi
Xalq artisti Röya Ayxanın İTV-də yayımlanan “3D” proqramında Brilliant Dadaşova barədə işlətdiyi fikirlər qalmaqala səbəb olmuşdu.

Teref.az Axşam.az-a istinadən xəbər verir ki, Brilliant Dadaşova isə Röyanın bu sözlərindən məyus olduğunu dilə gətirmişdi.

Sənətçi bununla bağlı açıqlama yayaraq, B.Dadaşovanı incitmək istəmədiyini dilə gətirib:

“Mən sadəcə öz fikrimi söylədim və əsla Brilliant xanımı incitmək kimi bir fikrim olmadı, ola da bilməz. Doğrudan da, fikrim onu incitdisə, bağışlasın! Hər zaman hörmətlə, böyük sevgi il onun yanında olmuşam və olacam da! Bu söz-söhbət artıq bitsin, xahiş edirəm!”.

Qeyd edək ki, Röyaya "3D" verilişində “Brilliant Dadaşova erməni ifaçıya “super” şərhini yazmışdı. Siz bunu edərsiniz” deyə, sual ünvanlayıb. Röya isə "Onda niyə şərhi sonra pozdu? Deməli, öz etdiyinə inanmaq istəmədi. Nə qədər desək də, musiqinin milliyəti yoxdur... Danışmadığım müğənninin mahnısını zümzümə edərəm. Amma millətimi incidənə "super" yazmaram.

Çünki mən qarabağlıyam, nəslim yurdundan ayrı düşüb, hamısının əziyyətini çəkirəm. Hələ bu qədər əziyyət qabağında "super" yazacam? Heç vaxt, istəyir mahnımı gözəl oxusun. Ümumiyyətlə, niyə mənim mahnımı oxumalıdır ki? Brilliant xanımla bu barədə razı deyiləm, bundan sonra da olmaram. Fikrini deyib, sonra, pozub" cavabını vermişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru