720 saatlıq film gəlir - Nümayişdən sonra məhv ediləcək

9-01-2020, 18:01           
720 saatlıq film gəlir - Nümayişdən sonra məhv ediləcək
Bu il dünyanın və bütün zamanların ən uzun filmi olan “Ambiance” nümayiş olunacaq.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, ötən il 7 saatlıq fraqmenti yayımlanan İsveçrəli rejissor Anders Vebergin çəkdiyi ümumi həcmi 720 saat olan filmin 2020- ci ildə təqdim olunması gözlənilir.

Kino tarixinə ən uzun film olaraq həkk olunacaq “Ambiance” (Atmosfer) adlı film, fraqmentinin uzunluğu ilə də tarixə damğa vurub. Filmin izlənmə müddəti 30 gün davam edəcək.

Filmin fraqmentləri və tam versiyası bütün dünyada nümayiş olunduqdan sonra bütün nüsxələri məhv ediləcək.

Filmin rejissoru “Ambiance” haqqında, kosmos və zamanın sürrealist xəyali bir səyahət olduğunu deyib. Bundan başqa filmin kariyerasında son ekran əsəri olacağını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru