Kianu Rivzin kaskadyoru: "Onun haqqında deyilən xoş sözlərin hamısı..."

8-06-2020, 17:24           
Kianu Rivzin kaskadyoru: "Onun haqqında deyilən xoş sözlərin hamısı..."
Xeyirxahlığı və sadəliyi ilə seçilən Hollivud ulduzu Kianu Rivzin kaskadyoru Ceremi Fray aktyorla bağlı təəssüratlarını bölüşüb.

BiG.AZ-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, bu barədə "Cinema Blend" yazır.

Frayın sözlərinə əsasən, aktyor haqqında deyilənlərin hamısı "110% həqiqətdir":

"O, almaqdan çox paylamağı sevir, fədakardır və yorulmadan çalışır".

Fray vurğulayıb ki, Rivz bütün fəndləri özü yerinə yetirməyə çalışan aktyorlardan deyil. O, vaxtında yerini kaskadyorlara verir. Aktyor eyni zamanda prodüser və rejissorlara etibar edərək, onların tövsiyələrini dinləyir.

Qeyd edək ki, Ceremi Fray "Con Uik" filminin hissələrinin çəkilişlərində Rivzlə işləyib.

Daha öncə dediyimiz kimi, Kianu Rivz xeyirxah işləri və sadəliyi ilə "ad çıxarıb".

Etdiklərini gördükdən sonra insan növbəti dəfə əmin ollur ki, o, təkcə istedadlı aktyor yox, həm də gözəl insandır.

Hələ 2000-cı illərin əvvəllərində Kianu Rivz onkologiya sahəsində araşdırmaları və uşaq xəstəxanalarını maliyyələşdirmək üçün fond yaradıb. Yəqin ki, buna səbəb onun doğma bacısının uzun müddət xərçəngdən əziyyət çəkməsi olub.

O, gizli maliyyələşdirmə haqda yalnız bir dəfə müsahibə zamanı ağzından söz qaçırıb. Bunu niyə bu qədər müddət sirr olaraq saxladığını və fonda öz adını verməməsinin səbəbini soruşduqda isə, cavab verib: "Mən nəyəsə öz adımı qoşmağı sevmirəm. Sadəcə olaraq fonda lazım olanı etməyə şərait yaradıram".

"Zəncirvari reaksiya" filminin çəkilişi zamanı Kianu bir neçə həftə bütün çəkiliş qrupunu pulsuz naharla təmin edib. Səxavət onun ikinci adıdır!

"Matrisa" filminin çəkilişi zamanı Rivz meydanda çalışan hər kəsin adını öyrənərək ünsiyyətdə olub. Hətta işçilərdən birinin ailəsində problemin olduğu haqda xəbər tutduqda, ona 20 000 dollar məbləğində "Yeni il hədiyyəsi" edib.

Bir gün Kianu yolda maşını xarab olan xanıma kömək edib. Yolun ortasında carasız qalan xanımı gördükdə, Rivz yaxınlaşaraq avtomobilə baxış edib və evakuator çağırıb. Sonra isə əks istiqamətdə təxminən 80 km yol gedərək qadını evinə ötürüb.

Aktyor "Matrisa" filminin bütün kaskadyorlarına Harley Davidson motosikletlərindən hədiyyə edib. Təəccüblü deyil ki, o, bütün heyətin hörmət etdiyi yeganə insan olub.

Satıcı və ya xidmətçilərlə tez-tez söhbət edirsiz? Kianu isə daim! O, ofisiantla iki kəlmə kəsmədən kofe sifariş vermir.

Digər məşhurlar bahalı kurortlara yollandıqları zaman Kianu çadır götürüb təbiətə çıxır. Aktyoru kimsə tanıyanda isə, özünü elə aparır, sanki onu səhv salıblar.

"Matrisa" trilogiyasının son filmi çıxdıqda 114 milyon qonorarın 80-nı Rivz geyim dizaynerləri və xüsusi effektlər üzrə mütəxəssislər arasında paylayıb. Aktyor bu insanların həmin pullara azı onun qədər layiq olduğunu düşünüb.

Kianunun metrodan istifadə etməsi azmış kimi, nəqliyyatda insanlara yer də verir

Bu aktyorun ağır həyat hekayəsi olduğuna baxmayaraq, çətinliklər onu qəddar insana çevirməyib. Əsl nümunəvi biri!













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.