“Jara 2020” təxirə salındı

9-06-2020, 00:00           
“Jara 2020” təxirə salındı
Bu il 29 iyul – 2 avqust tarixləri arasında Bakıda keçirilməsi planlaşdırılan "Jara” beynəlxalq musiqi festivalı təxirə salınıb.

Bu barədə tədbirin təşkilatçılarından biri olan Xalq artisti Emin Ağalarov məlumat verib:

"Əziz dostlar, biz çox təəssüf edirik ki, koronavirus pandemiyası və onun bütün dünyada kütləvi tədbirlərin keçirilməsinə yaratdığı çətinliklər ucbatından Bakıdakı "Jara" musiqi festivalını 2021-ci il 28 iyul – 1 avqust tarixlərinə keçirməyə məcburuq”.

Xalq artisti bildirib ki, gələn il keçiriləcək festivalın konsert proqramı və ora dəvət olunan sənətçilər dəyişilməz olaraq qalacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru