Hülya Avşar arzusunu gerçəkləşdirdi

11-06-2020, 00:03           
Hülya Avşar arzusunu gerçəkləşdirdi
Aktrisa-aparıcı Hülya Avşar qızı Zəhra ilə birlikdə İstanbulun Etiler səmtində görüntülənib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi övladını təcrübə yığmaq üçün gəldiyi memarlıq şirkətində ziyarət edib. Müxbirlərin suallarını cavablandıran Avşar xəyalını qurduğu bağ evini tikdirməyə başladığını deyib:
"Tennis meydançası olacaq. heyvan saxlamağı heç düşünmədim".
Qızından danışan sənətçi "Zəhra memar olmaq istəyirdi. Həm çalışmaq, həm də oxumaq asan deyil. Amma qızım bacardı" sözlərini söyləyib.
Pandemiyadan sonra səhnə qiymətini endirməyəcəyini söyləyən Hülya məkanlara səslənib:
"Bir çox yerdən təklif aldım, amma endirimli qiymət deyildi. Mən isə endirimə getmirəm. Məkanlara təklif edirəm ki, qiymətləri qaldırsınlar. Çünki harda bahaçılıqdırsa, ora maraq artır. "Mən min lirəlik zontik altındayam" deyən, o qədər insan var".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.