Beyonse "Disney" ilə 100 milyon dollarlıq müqavilə imzaladı

10-06-2020, 22:13           
Beyonse "Disney" ilə 100 milyon dollarlıq müqavilə imzaladı
Məşhur müğənni Beyonse "Walt Disney" şirkəti ilə 100 milyon dollarlıq müqavilə imzalayıb.

Hellomagazine.com-a istinadən verdiyi xəbərə görə, o, üç layihədə iştirak edəcək.

Layihələrdən biri "Qara pantera" filminin davamı - 2021-ci ildə ekranlara çıxcağı planlaşdırılan "Qara Panter 2" filmi ilə bağlıdır.

"Disney" rəhbərliyi Beyonsenin onların brendinə ideal yaraşdığını bildirərək 2019-cu ildə çəkilən "Kral Şir" ("The Lion King: The Gift") filminin bunu sübut etdiyini deyib.

Beyonse həmin filmdə Nala adlı qəhrəmanı səsləndirib və eyni adlı musiqili albomunu təqdim edib.

Albom "Can You Feel the Love Tonight", "Brown Skin Girl" və "Spirit" trekləri daxil olmaqla 14 mahnıdan ibarətdir.

"Spirit" mahnısının kliində o. 7 yaşlı qızı Blu Ayvi ilə birlikdə çəkilib.

"Bu saundtrek Afrikaya sevgi məktubudur", - deyə Beyonse müsahibələrindən birində fikrini bildirib. /big.az/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.