"Küçələrə su səpmişəm" fars mahnısı kimi təqdim olundu — VİDEO

11-06-2020, 00:02           
"Küçələrə su səpmişəm" fars mahnısı kimi təqdim olundu — VİDEO
Azərbaycan xalq mahnısı "Küçələrə su səpmişəm" "youtube" portalında fars mahnısı kimi təqdim olunub. Əqli Mülkiyyət Agentliyi dərhal bu məsələni nəzarətə götürüb və müvafiq araşdırmalara başlayıb.

Bu dəfə Azərbaycanın xalq mahnısı "küçələrə su səpmişəm" başqa ölkənin musiqisi kimi təqdim edilib.Belə ki, "Youtube" kanallarında, o cümlədən, "Chekhabar1234" və "Persian Song" adlı kanallarda iranlı musiqiçi Fereydoun Asraeini "Dooset daram" adlı mahnı yerləşdirilib və Azərbaycan xalq mahnısı olması barədə məlumat qeyd edilməyib:

Bu, həm də Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Müəlliflik hüququna dair Müqaviləsinin və ÜƏMT-nin İfalar və fonoqramlara dair Müqaviləsinin müddəalarına ziddir. Agentlik bu mahnını fars mahnısı kimi təqdim edən kanalların bağlanması üçün müraciət ünvanlayıb:

Qeyd edək ki, mahnının ifası zamanı sözləri dəyişdirilib, musiqi isə olduğu kimi təqdim olunub.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.