Televiziya aparıcısı canlı efirdə qəfil yerə yıxıldı - HƏMİN ANLAR - VİDEO

11-06-2020, 22:57           
Televiziya aparıcısı canlı efirdə qəfil yerə yıxıldı -
İsveçin TV4 telekanalının aparıcısı Yenni Strömstedt canlı efirdə video görüntü ilə müsahibə alarkən həmsöhbətinin çıxışı vaxtı anidən yerə yıxılıb.
Yeniavaz.com xəbər verir ki, onun canlı yayımdakı müsahibi baş prokuror Krister Petersson olub.

Hadisə baş verdikdən sonra proqramda reklam fasiləsi verilib.

Xəstəxanaya yerləşdirilən xanım aparıcının vəziyyətinin yaxşı olduğu deyilib.

Sosial şəbəkə hesabında açıqlama verən Strömstedt niyə huşunu itirdiyini dərk etmədiyini bildirib: “Yuxumu yaxşı alıram, qidalanmama da fikir verirəm. Bəzən həyat tərzi rahat olan insanların da təzyiqi aşağı olurmuş”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru