Karantin rejimini pozan məşhur aktyor jurnalistə hücum çəkib, söydü - VİDEO

12-06-2020, 08:11           
Karantin rejimini pozan məşhur aktyor jurnalistə hücum çəkib, söydü - VİDEO
Türkiyənin məşhur aktyoru Emre Kınay ilə “Beyaz TV”nin jurnalisti davaya çıxıb.

İstirahət məkanlarının birindən sevgilisi və dostları ilə birlikdə çıxan 50 yaşlı sənətçi jurnalistlərin həmin anları çəkməsinə etiraz edib.

Sərxoş halda kameraya tuş gələn Kınay jurnalistə hücum çəkərək, onu təhqir edib.

Müxbirin “Karantin qaydalarına görə gecə 12-dən sonra məkanı tərk etməlisiz. Niyə hələ də restorandasız?” sualından hiddətlənən aktyor əsəblərinə hakim olmayaraq, küçədə qışqırmağa başlayıb.

Hadisədən sonra E.Kınay və “Beyaz TV”nin jurnalisti polisə gediblər. Hər iki tərəf bir-birindən şikayətçi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru