Medianı yalan yazmaqda günahlandırmışdı: "2 ay cavab verməyəcəm"

13-06-2020, 12:44           
Medianı yalan yazmaqda günahlandırmışdı: "2 ay cavab verməyəcəm"
Əməkdar artist Bəhram Bağırzanən bir neçə gün əvvəl koronavirus infeksiyasına yoluxması ilə bağlı xəbər yayılmışdı.

Axşam.az-ın məlumatına görə, aktyor həmin gün açıqlama yayaraq xəbərin yalan olduğunu, saytların düz yazmadığını iddia edib. Uzun müddətdir ki, dostlarının mesajlarına və zənglərinə cavab verməyən B.Bağırzadə bu gün onlara mesaj göndərib.

Bağırzadə bir müddət cavab verə bilməyəcəyini yazaraq, bunları qeyd edib:

"Mənim əziz dostlarım, sizi çox sevirəm, hörmət edirəm. Hər səhər əhvalınızı yüksəltmıyı çalışır, gecə sizlərə xoş yuxu diləyirəm. Ümid edirəm ki, anlayacaqsızın: çünki yaxın 2 ay ərzində məlum səbəbdən sizlərin mesaj və zənglərinə cavab verə bilməyəcəm. İnşallah, rahat olacağım əraziyə gələndən sonra sizinlə mütləq əlaqə yaradacam. Məni anlayacağınızı ümid edirəm. Sizə hörmət edən Bəhram".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru