Şeron Stoun ildırım vurmasından sonra necə sağ qalıb?

14-06-2020, 11:56           
Şeron Stoun ildırım vurmasından sonra necə sağ qalıb?
Hollivud ulduzu Şeron Stoun komediya aktyoru Brett Qoldşteynin verilişində ildırım vurmasından sonra necə sağ qalmasından danışıb.

Axşam.az xəbər verir ki, 62 yaşlı sənətçi hadisənin tarixi barədə məlumat verməsə də, bu barədə ilk dəfə söhbət açıb.

O bildirib ki, krandan su doldurarkən ildırım su quyusuna düşüb və elektrik cərəyanı onu vurub:

“İldırım məni havaya atdıqdan sonra soyuducuya çırpıldım. Şokda idim. Hadisə vaxtı anam evdə idi. Mənim özümə gəlməyimə kömək etdi. Daha sonra Beverli-Hillsdəki xəstəxanaya apardı. Bədənimdə elektrik cərəyanı qaldığı üçün 10 gün xəstəxanada müalicə aldım”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.