Beyons qaradərili qızın polis tərəfindən öldürülməsi ilə bağlı hərəkətə keçdi

15-06-2020, 11:27           
Beyons qaradərili qızın polis tərəfindən öldürülməsi ilə bağlı hərəkətə keçdi
Populyar ifaçı Beyons bu ilin yazında şəhər polisi tərəfindən öldürülən qaradərili qız Breona Teylorun ölümünün araşdırılmasını tələb edib.

Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, o, bu barədə Amerikanın Kentukki əyalətinin baş prokuroru Daniel Kamerona ünvanladığı məktubda yazıb.

Müğənni qızı evində öldürən üç polis məmuruna qarşı ittiham irəli sürülməsini tələb edib. Sənətçi deyib: "Hadisənin üstündən üç ay keçib – hələ də həbslər olmayıb və bir məmur da işdən çıxmayıb".

Xatırladaq ki, təcili yardım işçisi 26 yaşlı Breonna Teylor Kentukki ştatının Louisville şəhərindəki evinə girərkən polislər tərəfindən güllələnib. Ona 8 dəfə atəş açılıb. Hüquq mühafizəçiləri qonşu evin sakinlərini narkotik qaçaqmalçılığında şübhəli biliərək saxlayıblar, onlara narkotikin Teylorun evində olduğu haqda xəbər ötürülüb. Öldürülən qadının ailəsi cinayət məsuliyyətinə cəlb olunmayan polisin qanunsuz hərəkətləri barədə məhkəmədə iddia qaldırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.