Tacir Şahmalıoğlunun bir yaşlı oğlu damağında siqaretlə... - Video

10-08-2020, 10:42           
Tacir Şahmalıoğlunun bir yaşlı oğlu damağında siqaretlə... - Video
Müğənni Tacir Şahmalıoğlunun bir yaşlı oğlu Ömürün ağzında siqaretlə çəkilmiş görüntüsü qınağa səbəb olub.

Yenisabah.az xəbər verir ki, videonu müğənninin digər oğlu Şahmalı paylaşıb.

Onun balaca qardaşının ağzına siqaret qoyaraq belə bir video çəkməsi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Onlar Şahmalı Taciroğlunu sözügedən görüntülərə görə tənqid atəşinə tutublar.

Qeyd edək ki, 55 yaşlı Tacir Şahmalıoğlu ötən il üçüncü dəfə ata olub. Sənətçinin oğlan övladı dünyaya gəlib. Müğənninin 22 yaşlı oğlu və qızı da var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru