Paris Hilton yeni obrazı ilə hər kəsi təəccübləndirdi – FOTO/VİDEO

30-03-2021, 09:35           
Paris Hilton yeni obrazı ilə hər kəsi təəccübləndirdi – FOTO/VİDEO
Tanınmış model, aktrisa və müğənni Paris Hilton “Lanvin”in yeni siması olub.

Bu barədə “Stars 365” xəbər yayıb.

Bildirilir ki, Fransada yerləşən moda evi üçün çəkilən kadrlarda amerikalı aktrisa yeni obrazda hər kəsi təəccübləndirib.

“Bu kampaniyanı müzakirə edərkən Paris Hiltonu əvvəl olmadığı kimi göstərməyi düşündüm. Mən nə isə saf və simvolik bir şey etmək istəyirdim”, - deyə “Lanvin”in kreativ direktoru Bruno Sialelli vurğulayıb.

Qeyd edək ki, Fransanın ən qədim moda evi olan “Lanvin”in əsası 1889-cu ildə Janna Lanven tərəfindən qoyulub. Onun estetikası intibahı və davamlı islahı əks etdirir. Elə buna görə də artıq ikinci ildir ki, brendə rəhbərlik edən Sialelli biznes ledi, model, DJ, aktivist və bəlkə də tarixdə ilk inflyuenser olan Hiltonun təkamülünü “Lanvin”in kampaniyası ilə qeyd etmək qərarına gəlib.

Sosial şəbəkə istifadəçiləri də 40 yaşlı ulduzun qısa parikdə və rəsmi geyimdə olan yeni obrazını bəyəniblər.oxu\
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru