Röya: "Flora Kərimovanın ömrü uzun olsun, bizə lazımdır"

4-04-2021, 19:51           
Röya: "Flora Kərimovanın ömrü uzun olsun, bizə lazımdır"
Xalq artisti Röya Ayxan Flora Kərimova ilə münasibətindən danışıb.

Röya "ATV maqazin onlarla" verilişində Flora Kərimova ilə barışdığını etiraf edib.

"Həmişə onu və qızını çox istəmişəm, gözüm üstə yeri olub. Mənim bir açıqlamamdan inciyib. Əslində, pis qəlblə demədim. Müraciət elədim, çünki qızının toy mərasimində sevərək iştirak etmişdim. Zümrüddən xahiş etdim ki, bəlkə Flora xanımla o danışsa, problem düzələcək. Heç anlamadım ki, problem haradan gəldi. Məsələ düzəldi və çox sevindim. Onun da ömrü uzun olsun, bizə lazımdır", - müğənni qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru