Aktrisa sinə dekoltesi ilə gecəyə damğa vurdu - FOTOLAR

12-04-2021, 16:57           
Aktrisa sinə dekoltesi ilə gecəyə damğa vurdu - FOTOLAR
Məşhur hindli aktrisa Priyanka Çopra iddialı geyimi ilə gündəmə gəlib.

Sfera.az xəbər verir ki, ötən gün İngiltərə Film və Televiziya İncəsənəti Akademiyası (BAFTA) mükafatları mərasimində iştirak edən aktrisa geyim tərzi ilə diqqət çəkib. Belə ki, pandemiyaya görə əksəriyyətin onlayn qoşulduğu mərasimdə bir neçə məşhur və aparıcılar qırmızı xalçaya çıxıblar.

Çopra aparıcı olaraq mərasimdə olub və sinə dekoltesi ilə gecəyə damğa vurub. Belə ki, aktrisa mərasimə "Pertagaz” imzalı ağ şalvar, çəhrayı çiçəkli açıq pencək, qara dikdaban ayaqqabıları ilə gəlib. Həyat yoldaşı Nik Conas isə qara rəngli smokinlə onu müşayiət edib. Priyanka geyiminin altından heç bir şey geyməməsi ilə nəzərləri üzərinə çəkib.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.