Azərbaycanlı müğənninin mahnısına məşhur amerikalı "əl gəzdirdi" VİDEO

17-08-2021, 07:52           
Azərbaycanlı müğənninin mahnısına məşhur amerikalı "əl gəzdirdi"  VİDEO
Müğənni qeyd edib ki, o, yeni klip üzərində işləyərkən ətrafına ən yaxşılardan ibarət komanda yığıb. Mahnının musiqisi Ramin Əli, sözləri Qafar Heydərli, rejissoru Delee Orucludur.
Azərbaycanın Xalq artisti Zülfiyyə Xanbabayeva bütün rəqəmsal platformalarda yeni "Sonuncu Oyun" mahnısını, "YouTube"da isə bu mahnıya çəkilən videoklipi təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, müğənni yeni klipini "Instagram" hesabında paylaşıb. Müğənni qeyd edib ki, yeni klip üzərində işləyərkən ətrafına ən yaxşılardan ibarət komanda yığıb. Mahnının musiqisi Ramin Əli, sözləri Qafar Heydərli, rejissoru Delee Orucludur. Mahnı Nyu-Yorkda illər ərzində Alisa Keys, Kristina Aqilera, Selena Qomes, Dua Lipa, The Weekend və digər dünya ulduzları ilə əməkdaşlıq edən amerikalı Devid Kaç tərəfindən "mastering" olunub.

Məlumat üçün bildirək ki, müğənni İncəsənət İnstitutunun (indiki ADMU) "Teatr rejissoru" fakültəsinə daxil olub. 1988-ci ildə "Bakı Payızı-88" müsabiqəsində iştirak edərək finala çıxıb. 1994-cü ildə Zülfiyyə Xanbabayeva Vaqif Gərayzadənin "Aypara" qrupunda çıxış etməyə başlayıb. "Sən gedən gündən", "Dəniz", "Sənsiz", "Gecə" adlı albomların müəllifidir. 19 klipi, 5 studiya albomu var.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru