Əməkdar artist: “Vaksinin iki dozasını da vurdurmuşdum, amma yoluxdum”

17-08-2021, 10:53           
Əməkdar artist:
Bir müddət əvvəl koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilən Əməkdar artist Nigar Şabanova sağalıb.
BAKU.WS xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkə hesabında paylaşım edib.

Şabanova yeni fotosunu paylaşaraq sağaldığını qeyd edib. Əməkdar artist hər iki doza peyvənd olunmasına baxmayaraq yendə də COVID-19-a yoluxduğunu bildirib:

“Özünüzü koronavirusdan qoruyun, sosial məsafəni saxlayın, gigiyenik qaydalara mütləq əməl edin. Vaksinə də arxayın olmayın! İki doza vaksinin ikisində etdirmişdim, amma toyda ara məsafəsi saxlamadım və yoluxdum. Allah heç birinizə ağrı-acı nəsib etməsin. Sağalmışam, sabahdan sevimli makiyajarıma qovuşacam. Sizi sevirəm əzizlərim”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru