Məşhur musiqiçi və Nobel mükafatçısı 12 yaşlı qıza təcavüzdə ittiham olunur

18-08-2021, 07:59           
Məşhur musiqiçi və Nobel mükafatçısı 12 yaşlı qıza təcavüzdə ittiham olunur
Məşhur musiqiçi və ədəbiyyat üzrə Nobel Mükafatı laureatı Bob Dilan azyaşlıya təcavüz etməkdə günahlandırılır.

Bu barədə “Variety” xəbər yayıb.

Məlumata görə, hadisə 1965-ci ildə baş verib. İddiaçı qadının sözlərinə görə, o, 12 yaşında olarkən həmin vaxt 24 yaşında olan Dilan tərəfindən dəfələrlə zorlanıb. Qadının iddiasına görə Dilan ona narkotik və spirtli içki də verib, dəfələrlə hədələyib.

Bob Dilanın sözçüsü ittihamları rədd edir.

“56 il əvvələ aid bəyan doğru deyil və fəal şəkildə təkzib ediləcək”, - deyə o, vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.