Qalmaqallı şəkildə boşanan aktyorun karyerası təhlükədədir

18-08-2021, 08:37           
Qalmaqallı şəkildə boşanan aktyorun karyerası təhlükədədir
Qalmaqallı şəkildə boşanan aktyor Conni Depp keçmiş həyat yoldaşı Amber Hardın onun haqqında şiddət iddialarını irəli sürməsi karyerasını təhlükə altına atıb.

Teref.Az Axşam.az-a istinadən xəbər verir ki, "The Times" qəzetinə açıqlama verən 58 yaşlı aktyor Hollivudda boykot edildiyini bildirib.

Deppin sonuncu rol aldığı "Minamata" filmi ABŞ-da yayımlanmayıb.

"Bəzi filmlər izləyicilərin hislərinə toxunur... Minamatada olanlar da buna bənzər şeyləri yaşayanlara təsir edəcək. Və film kinoteatrda nümayiş olunmur. Bu yalnız Hollivud məni boykot etdiyinə görədir? Yalnız bir nəfər, bir aktyor, son bir neçə ildə xoşagəlməz və qarışıq vəziyyətlə qarşı-qarşıya qaldığına görə?" deyə, aktyor sual edib.

Qeyd edək ki, Conni Depp filmdə ötən əsrin 70-ci illərində ekoloji fəlakətin meydana gəldiyi Yaponiyanın Minamata qəsəbəsində reportaj hazırlayan hərbi fotoqraf Yudcina Smit rolunu canlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru