Amerikalı məşhur kino xadimi Nikolas Keyc vergilərini ödəmədiyinə görə evini itirdi

19-08-2021, 14:31           
Amerikalı məşhur kino xadimi Nikolas Keyc vergilərini ödəmədiyinə görə evini itirdi
Amerikalı aktyor, kinorejissor və prodüser Nikolas Keycə aid malikanə 6 milyon dollara satılıb.

N.Keyc ABŞ-ın Las-Veqas şəhərindəki malikanəni 2006-cı ildə 8,5 milyon dollara almışdı. 2009-cu ildə 14 milyon dollar məbləğində vergini ödəməkdən yayındığına görə onun evini əlindən almışdılar. Məşhur aktyor o vaxtdan bəri evini geri almağa səy göstərsə də, buna nail ola bilməmişdi.

Evin yeni sahibinin adı hələ açıqlanmayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.