Ceyms Bondun 24 il öncə oğurlanmış avtomobili tapılıb - FOTO
21-08-2021, 07:45
“Art Recovery International” bərpa şirkətinin baş direktoru Kristofer Marinello Ceyms Bondun oğurlanmış avtomobilini aşkar edib.
Bu barədə “Daily Mail” məlumat yayıb.
Məlumata görə, Aston Martin DB5 avtomobili 1997-ci ildə Floridada oğurlanıb. O, Şon Konnerinin iştirakı ilə superxəfiyyə barəsindəki bir sıra filmlərdə istifadə olunub.
Şəxsi kolleksiyalardan birində saxlanılan avtomobilin hazırki qiyməti 15 milyon dollar səviyyəsində dəyələndirilib.