Avstraliya telekanalının efirində səhvən şeytana pərəstiş ayini nümayiş olunub – VİDEO

21-08-2021, 07:50           
Avstraliya telekanalının efirində səhvən şeytana pərəstiş ayini nümayiş olunub – VİDEO
Avstraliyanın ABC telekanalında səhvən şeytana pərəstiş ayinindən kadrlar nümayiş olunub.

Müvafiq video sosial şəbəkələrdə yayılıb.

Hadisə telekanalın “Xəbərlər” proqramının efirində baş verib.

Aparıcı, polisə məxsus it və atların öldürülməsinə görə, cinayət məsuliyyətinin tətbiqi barədə süjeti təqdim edib. Videomaterialın sonunda kadrda qara libasda, çevrilmiş xaçın yanında dayanan və “Sevin, iblis” deyə bəyan edən bir nəfər görünüb.

İnsidentlə bağlı telekanaldan heç bir açıqlama verilməyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru