Damla maşını torpağa basdırmaq üçün 12 mindən vaz keçdi
23-08-2021, 11:23
Müğənni Damlanın çəkilən “Üzərlik” adlı klipi ilə bağlı səs-küy səngimək bilmir.
Klipin rejissoru Delee Oruclu SHOWXEBER.AZ-a bildirib ki, klipin çəkilişində torpağa basdırılan “Subaru” markalı maşın müğənniyə baha başa gəlib. Belə ki, Damla ona 12 min manat ödəyib.
Qeyd edək ki, mahnının müəllifi reper YAP10 -a, aranjemanı isə Elvin Musayevə aiddir.
İfaçının imici üzərində stilist Elnur Həsənov çalışıb.