Məşhurlar istirahətə nə qədər xərclədilər? - ŞOK RƏQƏMLƏR 24-08-2021, 07:25 Məhərrəmlik ayının başlamasıyla şou-biznes nümayəndələri müxtəlif ölkələrə və Azərbaycanın səfalı guşələrinə istirahətə üz tutublar.Bizim.Media xəbər verir ki, "Mtv Azərbaycan" sənətçilərin yay istirahətinə xərclədikləri məbləği araşdırıb.Xalq artisti Aygün Kazımova Bodrumda dincəlib. Sənətçinin qaldığı otelin 1 gecəsi 1 510 manatdır.Xalq artisti Faiq Ağayev İstanbulda yerləşən otelin bir günü üçün 1 132 manat ödəyib.Əməkdar artist Vasif Məhərrəmli də qardaş ölkə Türkiyəyə yollanıb. Bodrumda istirahət edən sənətçi qaldığı otelin 1 gecəsi üçün 1 548 manat xərcləyib.Müğənni Sevda Yəhyayeva həyat yoldaşı ilə birlikdə Rusiyanın müxtəlif şəhərlərində dincəlib.Rəqqasə Fatimə Fətəliyeva Antalyaya üz tutub. O, otelin bir günü üçün 1 768 manat ödəyib.Müğənni Niyam Salami Qusarda, Gülay Zeynallı isə Şamaxı və Şəki şəhərlərində istirahət ediblər. Facebook-da paylaş