"Nə deyim, başımız sağ olsun" - Fərqanə Qasımovadan ərinin həbsinə münasibət

24-08-2021, 16:06           
"Nə deyim, başımız sağ olsun" -
Mətbuatda Xalq artisti Alim Qasımovun kürəkəninin həbs olunması ilə bağlı xəbər yayılıb. Bildirilib ki, Fərqanə Qasımovanın həyat yoldaşı Elnur Mövlanov qaynatasının evindən qızıl-zinət əşyaları və pul oğurlamaqda təqsirli bilinir. Zərərçəkmiş qismində tanınan şəxslər Xalq artistinin həyat yoldaşı Tamilla Aslanova və qohumu Rəşadət Fərzəliyevdir.
Azvision.az məsələ ilə bağlı Xalq artistinin qızı, xanəndə Fərqanə Qasımova ilə danışıb. O, həyat yoldaşının həbs olunması xəbərini təsdiqləyib.

“Bunu yaymağın nə mənası var? Elə edin ki, yayılmasın. Məsələnin üstü örtülsün. Başımıza belə bir iş gəlib. Nə deyim, başımız sağ olsun”, -deyə F. Qasımova cavab verib.

Qeyd edək ki, Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baxılır.

Bu gün məhkəmənin baxış iclası keçirilib. Zərərçəkmiş qismində tanınan şəxslər məhkəməyə gəlmədiyi üçün proses təxirə salınıb.

Növbəti iclas sentyabrın 30-a təyin olunub. (Xəbəri ilk dəfə Report yayımlayıb).












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.