“YouTube”da yeni funksiya: Məhsulları birbaşa videodan əldə etmək mümkün olacaq

21-10-2021, 08:29           
“YouTube”da yeni funksiya: Məhsulları birbaşa videodan əldə etmək mümkün olacaq
“YouTube” videohostinqi yeni funksiyanı sınaqdan keçirəcək.

Noyabrın 15-dən etibarən platformadakı videoçarxlarda reklam olunan məhsulları daha asan şəkildə əldə etmək mümkün olacaq.

Bu məqsədlə videoların üzərinə səbət piktoqramı əlavə ediləcək. Onun vasitəsilə izləyici göstərilən məhsulu birbaşa videodan ala biləcək.

Funksiyanın sınaqları iki həftə davam edəcək. Nəticələrin müsbət olacağı təqdirdə, birbaşa alış funksiyası kütləvi istifadəyə veriləcək.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.