FİLM ÇƏKİLŞİNDƏ BAŞ VERƏN QANLI OLAYLA BAĞLI ŞOK İDDİA: SİLAH DƏYİŞDİRİLİB! - Məşhur aktyor: "Mənə niyə dolu silah verdin?"

23-10-2021, 00:04           
FİLM ÇƏKİLŞİNDƏ BAŞ VERƏN QANLI OLAYLA BAĞLI ŞOK İDDİA:
Xəbər verdiyimiz kimi, ABŞ-ın Nyu-Meksiko ştatında “Rust” (“Pas”) filminin çəkiliş meydançasında “Hollivud” ulduzu Alek Bouldvinin açdığı atəş nəticəsində qadın operator həlak olub, rejissor yaralanıb.

Qafqaz.media xarici KİV-lərə istinadən xəbər verir ki, hazırda rejissor xəstəxanada həyatda qalmaq uğrunda mübarizə aparır. Hadisə zamanı kameraların da çəkiliş apardığı öyrənilib.

Silahlar dəyişdirilib?

“Oskar”a namizəd olan dünya şöhrətli aktyor Alek Bouldvin prodüseri olduğu və rol aldığı "Rust" filminin çəkilişləri zamanı boş silahla atəş açdığını güman edib.

İlkin ifadəyə görə, bu olayın bir qəza olduğu düşünülsə də, polis araşdırmanın davam etdiyini və hadisənin bütün detallarının araşdırıldığını açıqladı.

“CNN Türk”-ün yayımına qatılan xarici siyasət üzrə təhlilçi Əli Çınar ABŞ-da baş verən hadisənin detallarını diqqətə çatdırıb. O, çəkiliş meydançasında baş verən dəhşətli qətllə bağlı şok iddialar dilə gətirib.

Olayla bağlı istintaqın davam etdiyini və Alek Bouldvinə qarşı irəli sürüləcək ittihamın və cəzanın istintaqdan sonra təyin ediləcəyini ifadə edən Çınar, yayım zamanı hadisə ilə bağlı şübhələrini də açıqlayıb. Çinar film setlərində istifadə olunan silah və buna bənzər əşyaların istifadəsinə nəzarət edən texniklər olduğundan, güman edir ki, hadisə ya səhlənkarlıq, ya da silahlarını dəyişdirilməsi nəticəsində baş verib. Onun sözlərinə görə, bunu film çəkilşi zamanı lentə alınan kadrları izlədikdən sonra müəyyən etmək mümkün olacaq.

Bütün bunlarla yanaşı, Əli Çınar “quru silah”ın gerçək silahla dəyişdirildiyi iddiası üzərində dayanıldığını deyib.

"Mənə niyə gerçək silah verdin?"

“Daily Mail”-dəki xəbərlər də Əli Çınarın şübhəsini təsdiqləyir. Məlumata görə, çəkiliş sahəsindəki şahidlərdən biri Alek Bouldvindən "Mənə niyə gerçək silah verdin?", - deyə qışqırdığını iddia edib. Lakin çəkiliş qrupu polisə ifadəsində silahın “quru” olduğunu israr edib. Alek Bouldvin hələ bir açıqlama vermədiyindən, hadisə ilə bağlı gizlilik pərdəsi açılmamış qalır...

Qeyd edək ki, 63 yaşlı Alek Bouldvin polis idarəsi qarşısında gözyaşlarına boğulub. Lakin o, hələ də bu mövzuda bir şərh verməyib. Aktyorun sözçüsü hadisənin bir qəza olduğunu söyləyib.

Filmin çəkilişi dayandırıldı

“New Mexico” film studiyasından verilən məlumata görə, “Rust” filmin çəkilişləri noyabrın əvvəlinə qədər davam etməli idi, lakin hazırda çəkilişlərin dayandırılması qərara 3alınıb.

Son olaraq onu da qeyd edək ki, Alek Bouldvin hadisədən bir neçə saat əvvəl sosial media hesabında çəkiliş yerindən bir şəkil paylaşıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.