“Əfsanə yenidən başlayır” – “Kurtlar Vadisi”nə bənzədilən yeni serial ölkə gündəmini qarışdırdı - FOTO VİDEO

21-11-2021, 07:35           
“Əfsanə yenidən başlayır” – “Kurtlar Vadisi”nə bənzədilən yeni serial ölkə gündəmini qarışdırdı - FOTO VİDEO
“Deli Yürek”, “Ekmek Teknesi”, “Kurtlar Vadisi” kimi unudulmaz seriallarda imzası olan “Osman Sınav”ın yeni serialı "Yalnız Kurt"un ilk treyleri böyük əks-səda yaradıb.

ATV-də yayımlanan “Sineqraf Fim”in rejissoru M.Çağatay Tosun, ssenari müəllifi Murat Koca və Alper Erze olan “Yalnız Kurt” serialı tamaşaçılar tərəfindən maraqla gözlənilir.

Layihə dizayn və konsept məsləhətçiliyini Osman Sınav, ssenari nəzarətini isə Şevket Dedelioğlunun üzərinə götürdüyü “Yalnız Kurt ” serialının çəkilişləri ötən həftə başlayıb. Təsirli hekayəsi və aktyor heyəti ilə “Kurtlar Vadisi” və “Eşkiya Dünyaya Hükmdar Olmaz”ı əvəz edəcək yükə sahib olan bu serialın maraqla gözlənilən ilk təqdimatı da yayımlanıb.

Təqdimatda istifadə edilən “Əsli qurddur, qurd balası qurd olar!” sözləri serialın ilk möhürünü vurub.

Qolyata qarşı aparılan mübarizəni ekrana gətirəcək "Yalnız Kurt" serialının aktyor heyətində Cihan Ünal, Damla Çolbay, Kürşat Alnıçık, Murat Han, Hasan Deniz Yaran, Polat Bilgin və Deniz Evin kimi məşhur aktyor və aktrisalar yer alıb.

Türkiyənin yaxın tarixinə işıq salmağa hazırlanan “Yalnız Kurt” keçmiş çevrilişləri, qətlləri, anarxiya və terroru işıqlandıracaq.(Musavat.com)
шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.